Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada vəfat etdi
19:36 / 06.05.2021
2830
Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ölüb.
Sfera.az-ın məlumatına görə, Sabirabad şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi qızı sirkə turşusu zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının hansı səbəbdən sirkə turşusu içməsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
(APA)