Sabirabadda qəza: sürücü xəsarət alıb, onun azyaşlı nəvəsi ölüb
18:26 / 13.08.2019
2611
Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, hadisə rayonun Qaratoğay kəndində qeydə alınıb. İçərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsinin olduğu avtomobil aşıb. Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.