Sabirabadda ağır qəza, ölən və xəsarət alanlar var
15:10 / 12.09.2021
2602
Sabirabadda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Yastıqobu kəndinin ərazisində qeydə alıb.
Belə ki, "Tofaş" markalı minik avtomobili və "VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Ramazanov Rövşən Cavanşir oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu, 1993-cü il təvəllüdlü Baxşəliyev Əli Adil oğlu, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1993-ü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ölən şəxsin şəxsiyyəti araşdırılır.
Faktla bağlı araşdırma aparılır.