Sabiq rektor vəfat etdi - FOTO

Sabiq rektor vəfat etdi - FOTO
Azərbaycan elminə ağır itki üz verib.
 
Sfera.az xəbər verir ki, dilçi alim Bayram Tahirbəyov dünyasını dəyişib. Bu barədə onun keçmiş tələbələri bildiriblər.

Bayram Harun oğlu Tahirbəyov 1954-cü ildə Moskva Dövlət Universitetini «Rus dili və rus ədəbiyyatı» ixtisasını bitirib. 1964-cü ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyaları müdafiə edib.

1960-cı ildən 1990-cı ilə kimi Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Rus dili, Rus dilçiliyi, Ümumi dilçilik kafedralarında assistent, dosent, professor vəzifələrində işləyib, Ümumi filologiya və Dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Daha sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümümi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris edib.

1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunun (hazırkı Bakı Slavyan Universitetinin) rektoru vəzifəsində işləyib.

Elmi-pedaqoji kadrların hazırlanmasında və onların attestasiyasında fəal surətdə iştirak edib, Bakıda və MDB respublikalarında namizədlik və doktorluq dissertasiyasının müdafiəsi üzrə bir neçə ixtisaslaşdırılmış şurann üzvü olub, Azərbaycanda ilk dəfə «Dilçilik nəzəriyyəsi», «Rus dilçiliyi və rus ədəbiyyatı» ixtisasları üzrə doktorluq şurası təşkil edib.

Dissertant, aspirant və doktorantların dil və ədəbi əlaqələr, tərcümənin tarixi nəzəriyyəsi və təcrübəsi məsələləri ilə bağlı işlərin elmi rəhbəri və məsləhətçisi, SSRİ AAK eksperti və SSR Nazirlər Kabineti yanında Elm və texnika sahəsində Lenin və Dövlət mükafatları komitəsi Filologiya bölməsinin üzvü olub. Rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işlərin müəllifidir.
Mərhum bir müddət Azərbaycandan kənarda yaşayıb.

Allah rəhmət eləsin.
 

OXŞAR XƏBƏRLƏR

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazi...

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...