Sabiq prezident internetdə iş axtarır: \"Arvadım aya 3 min xərcləyir\"

Sabiq prezident internetdə iş axtarır:  \
Polşanın keçmiş prezidenti internetdə iş axtarır.
 
Sfera.az xəbər verir ki, sabiq Polşa prezidenti Lex Valesa təqaüdününün 6 min zlotya (2 700 azn) olduğunu və həyat yoldaşının hər ay 3 min zlotya (3 150 azn) xərclədiyini bildirib.
 
1983-cü ildə Nobel mükafatına layiq görülən Valesa, 50 yaşdan yuxarı iş axtaranlara məxsus elan yerləşdirdiyi saytda ailə toplantılarında qonaqlarla bir araya gələrək şəkil çəkdirib imza ata biləcəyini də vurğulayıb. Elanda həmçinin şirkətlərdə liderlik təhsili verəcəyini və təşviq iclaslarda iştirak edə biləcəyini bildirən eks prezident şəxsi biznesin inkişafına müsbət mənada təsir edəcəyini qeyd edib. Valesa 1-2 saatlıq belə görüşlər üçün 20 000 zloti (9000 azn) istədiyini də diqqətə çatdırıb. 

L.Valesa bütün bunlara səbəb kimi 7 övladının olduğunu və pula ehtiyac duyduğunu bildirib. 

Qeyd edək ki, Lex Valesa 1990-1995-ci illərdə Polşa prezidenti olub.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR