Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə - FOTO

Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə - FOTO
 Azərbaycanda pandemiya dövründə hansı sahənin fəaliyyətində çətinliklər, fasilələr olsa da, tender və dövlət satınalmalarında hər şey "öz qaydasında” davam etməkdədir.

Sfera.az xəbər verir ki, iyunun 18-də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair  böyük tenderə yekun vurub. "Kommunal təyinatlı maşın və mexanizmlərin alınması" tenderdə "İmprotex Trucks and Buses" MMC qalib gəlib. Müqaviləyə görə, sözügedən şirkət Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün 9 milyon 997 min 414 manat, təqribən 10 milyon manatlıq kommunal texnika satacaq.

Qeyd edək ki, son 9 ay ərzində "İmprotex Trucks and Buses" MMC artıq ikinci dəfədir ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair tenderin  qalibi olur. 2019-cu ilin oktyabr ayında da bu şirkətdən böyük məbləğdə təxminən eyni təyinatlı avadanlıqlar alınıb.

Belə ki, 2019-cu ilin 18 oktyabrında "İmprotex Trucks and Buses" MMC-dən ümumi dəyəri 12 milyon 436 min 322 manat olan Kommunal təyinatlı maşın və mexanizmlər alınıb.

Qeyd edək ki, sözügedən şirkət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxusudur. "Improtex Trucks and Buse" MMC sabiq nazirə məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. Fizuli Ələkbərovun sahibi olduğu bu qrupa minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir. (azpolitika.info)

OXŞAR XƏBƏRLƏR

Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı

  "Unibank”ın dəstəyi ilə daha bir  vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əs...

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

  Ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər...

Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur

  "Kapital Bank” koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbi...

Kapital Bank biznesə başlamaq üçün daha 30 nəfərə dəstək göstərib

  Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam ...

Unicapital rəhbərliyində yeni təyinatlar olub

  "Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev "Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkiş...

ADY Konteyner növbəti rekorda imza atıb

  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Euras...