No Image
No Image

Sabiq erməni baş nazir: “Hərbi texnikalarımızın 85 faizi məhv edilib”

Sabiq erməni baş nazir: “Hərbi texnikalarımızın 85 faizi məhv edilib”
Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkəsinin Qarabağ döyüşlərindəki məğlubiyyətinin "səbəbini" açıqlayıb.
 
Sfera.az xəbər verir ki, Baqratyan Paşinyan hakimiyyətinin həm siyasi, həm hərbi, həm də təşkilati istiqamətlərdə uduzduğunu etiraf edib. Keçmiş baş nazir erməni ordusunun texnikasının 85 faizinin məhv edildiyini bildirib:
 
"Mən hansısa sirri açıqlamıram. Çünki azərbaycanlılar hamısını sayırlar və texnikalar onların ərazilərində qaldı․ İndi Ermənistandakı axmaq rəqiblərimiz siz sirr yayırsınız deməyə başlayacaqlar. Məğlubiyyətin siyasi səbəblərinin bir neçə səbəbi var․ Biri Ermənistanın "Artsax”ın (Qarabağ-red) müstəqilliyini tanımamasıdır. Müharibə başlayandan bir saat sonra yazdım ki, dərhal müstəqilliyi tanıyın. Etmədilər. İkinci siyasi səhv anti-Rusiya məqamıdır. Nə qədər istəməsək də, Rusiyapərəst dairədə qalmalı, bunu başa düşməliyik".
 
Baqratyan üçüncü siyasi səhv kimi, İranla olan münasibətləri, cənub qonşusunu özlərindən narazı salmalarını göstərib: "Buna görə də Ermənistan üçün nəzərdə tutulan yüklərin İran ərazisindən keçirilməsinə imkan vermədilər. Dördüncü məqam Gürcüstanla münasibətlərin səviyyəsi idi”.
 
Sabiq baş nazir daha sonra Çin amilini də qabardaraq belə bir super güclə münasibətlərdə siyasi səhvə yol verildiini deyib. 
 
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Şuşaya "İsgəndər" atmışdıq"- İrəvandan sensasiyalı etiraf - VİDEO

44 günlük İkinci Qarabağ Savaşı əsnasında sürəkli olaraq "Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur" açıqlamaları ilə çıxış edən Ermənista...

Bakı bu dronlarla S-300-ləri məhv etdi - Melkonyan

Qarabağdakı müharibə zamanı Azərbaycan ən inkişaf etmiş silah sistemlərindən və müharibə konsepsiyasından istifadə etdi. Sfera.az xəbər verir ki, bunu erm...

Süniki itirmək Ermənistanı da itirməkdir... - Gorus rəhbərinin müavini

"Sünik istiqamətində mövqelərin Azərbaycana təhvil verilməsi bu bölgəni təhlükə altına qoyur. Sünik isə ölkənin onurğa sütunudur”.  Sfera.az  xə...

Türkiyə XİN-dən dünənki tarixi qərarla bağlı daha bir - AÇIQLAMA

"Prezident Rəcəb Tayyib Ərdoğanın 9-10 dekabr tarixlərində Azərbaycana səfəri zamanı imzalanan və iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə səfər etməsi...

Nikol Paşinyan barəsində cinayət işi başlanıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti baş nazir Nikol Paşinyana və bir qrup yüksək vəzifəliyə qarşı cinayət işi başlayıb. Sfera.az  "Aysor”a istinadən...

Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan

Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir. Sfera.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin prezidenti ...