Sabiq deputat dünyasını dəyişdi - FOTO
Azərbaycan Respublikasının əməkdar elm xadimi, I çağırış Milli Məclisinin deputatı Məmməd Məmmədov uzun sürət xəstəlikdən dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə yaxınları məlumat verib.
Qeyd edək ki, Məmməd Məmmədov 1937-ci il mayın 9-da Füzuli rayonunun Qarakollu qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. Professor Yeni Azərbaycan Partiyasının üzvü olub.
Ailəli idi, üç övladı var.
O, 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 90 nömrəli Füzuli dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Məmməd Məmmədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının sədr müavini və sonradan sədri olub.
Allah rəhmət eləsin!
(konkret.az)