Sabiq daxili işlər naziri həbs edildi
23:13 / 08.03.2021
2594
Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Naxçıvanda həbs edilib.
Sfera.az-ın məlumatına görə, Ə. Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
(Unikal.org)