Sabaha olan hava proqnozu - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Sabaha olan hava proqnozu  - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Yanvarın 3-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.
 
Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan xeyli yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
 
Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...