Sabah temperatur 40 dərəcə olacaq

Sabah temperatur 40 dərəcə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. 

Sfera.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında  avqustun 14-də hava şəraitinin günəşli olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 757 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.


OXŞAR XƏBƏRLƏR