\"Sabah minlərlə adam öləcək, nəzarətdən çıxmış raket...\" - Ağ Evdən qorxunc açıqlama

\
Çinə məxsis "Long March 5b" adlı raketin nəzarətdən çıxması və yerə düşə biləcəyi bir müddətdir ki, dünya mediasının gündəmindədir.

Sfera.az xəbər verir ki, kosmos üzrə mütəxəssis Conatan Makdovel mövzu ilə əlaqədar açıqlamasında raketin düşəcəyi təqdirdə minlərlə insanın ölə biləcəyini söyləyib. Açıqlamadan sonra Ağ Ev raketin mayın 8-də düşə biləcəyi barədə xəbərdarlıq edib.

Çinin ötən həftələrdə kosmosa göndərdiyi və istiqamətini dəyişən "Long March 5b" raketi ilə bağlı xəbərdarlıq edilmiş və 21 tonluq çəkiyə sahib raketin nəzarətdən çıxdığı, planlaşdırılmayan ərazilərə düşə biləcəyi açıqlanmışdı.

ABŞ Hərbi Hava Qüvvələri Kosmik Komandanlığı raketin izlənildiyini və ən böyüyü 30 metr uzunluğunda olan parçaların yerə düşə biləcəyini bildirib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə şənbə günü raket parçalarının dünyaya düşməsinin gözlənildiyini açıqlayıb.

"The Guardian” qəzeti yazıb ki, parçalar Ekvador yaxınlığında Sakit Okean istiqamətində düşə bilər. Bu trayektoriya isə Yeni Zelandiyadan Kanadanın Nyufaundlend bölgəsinə qədər geniş ərazini əhatə edir.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...