\"Sabah\" klubunun hücumçusu karyerasını başa vurdu

\
 

"Sabah" klubunun hücumçusu Marko Deviç futbolçu karyerasını başa vurub.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna millisinin keçmiş forvardı "Futbol1" telekanalına müsahibəsində bildirib. O, Azərbaycan təmsilçisi ilə müqaviləsinin başa çatdığını və artıq özünü peşəkar futbolçular sırasında görmədiyini bildirib.

Deviç vida matçının olmayacağını da diqqətə çatdırıb: "Bu barədə düşünmişəm. Vida matçımı Xarkovda keçirmək istərdim. Amma yəqin ki, koronavirus pandemiyasına görə belə bir oyun olmayacaq. Halbuki vida oyunu mənim üçün olduqca vacibdir".

37 yaşlı forvard söyləyib ki, karyerasının ən uğurlu dövrü 2006/2012 və 2013/2014 mövsümlərində çıxışetdiyi Ukrayna "Metallist" ilə bağlıdır: "Şadam ki, gözlədiyimdən artığına nail ola və xüsusilə Xarkov azarkeşlərini sevindirə bilmişəm. Uğurlarımın böyük hissəsi bu şəhərlə bağlıdır".

Təcrübəli oyunçu hazırda məşqçi təhsili aldığını da əlavə edib: "Hələlik oxuyuram. Bu sahədə qeyri-müəyyənlik var. Məşqçi və ya futbol agenti olmağım mümkündür. Hələlik bu iki məsələ beynimdə dolaşır". 

Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Masazır təmsilçisinə transfer olunub.


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...