No Image
No Image

Sabah hava yağışlı olacaq

Sabah hava yağışlı olacaq
 Noyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 30-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda beş avtomobil toqquşdu - FOTOLAR

Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb. Sfera.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. ...

Şamaxıda püskürən vulkanla bağlı - AÇIQLAMA

Ötən gün saat 19:20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçu kəndindən 500-600 metr məsafədə Quşçu palçıq vulkanı püskürüb. Sfera.a...

Bakıda gənc qadının intiharının TƏFƏRRÜATLARI məlum oldu - VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi olub. Hadisə bu gün 15:10 radələrində baş verib. Özünü 18-ci mərtəbədən atan q...

Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər...

Kürdə suyun səviyyəsi yenidən azalıb

Kür çayında suyun səviyyəsi aşağı düşüb. Sfera.az xəbər verir ki, ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən...

Füzuli rayonunun Aşağı Aybasanlı kəndi - VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntülər yayıb.  Sfera.az həmin görüntüləri təqdim edir: ...