Sabah bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Sabah bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq - SİYAHI
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, yanvarın 20-də səhər saatlarından mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: "Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə, Şövqiyar Abdullayev küçəsinin Parlament prospekti ilə kəsişməsindən bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Vaqif Əsədov sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ictimai nəqliyyata üstünlük verilmələrini tövsiyə edib:
 
"Həmçinin Şəhidlər Xiyabanı ziyarət edəcək şəxslər Parlament prospekti ilə hərəkət edəcək. Sosial məsafə gözlənilməklə ziyarətçilər 5 nəfərlik qruplar halında parlament prospektinə buraxılacaqlar”.

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...