Sabah Bakının məscidlərində şəhidlərimiz anılacaq
20:30 / 03.12.2020
3732
Sabah paytaxt məscidlərində Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə məclislər keçiriləcək.
Sfera.az xəbər verir ki, məlumata görə, bir neçə məsciddə təşkil olunacaq anım məclisləri zamanı namazlar qılınacaq, şəhidlərin ruhuna müqəddəs Qurani-Kərimdən surələr oxunacaq.
Pandemiya səbəbindən anım mərasimlərində maksimum 10-12 nəfərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyev canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədi ilə sərəncam imzalayıb. (Baku.ws)