Saat 12:00-a olan seçici fəallığı AÇIQLANDI

Saat 12:00-a olan seçici fəallığı AÇIQLANDI
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
Sfera.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1457776 nəfər səs verib və seçici fəallığı 27.35 faiz olub.
Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.  ///APA
 

OXŞAR XƏBƏRLƏR

“Bunun kimə nə dəxli var?” – Deputatlar karantin qaydalarını pozan həmkarına dəstək verdi

"Bir epizoda görə məsələni bu qədər ictimailləşdirməyə ehtiyac yoxdur”. Bu sözləri Sfera.az-a açıqlamasında 91 saylı Ucar Seçki dairəsindən deputat Rami...

ATƏT PA-nın vitse-prezidenti “Nezavisimaya qazeta”nı müdafiə etdi

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev Rusiyanın "Nezavisimaya qazeta” nəşrini müdafiə edib. ...

İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət etdi

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlha...

Prezident və ailə üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO

  Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olma...

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə...

Prezident İlham Əliyev teatr xadimlərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az AZƏRTAC-a istinadən...