Saakaşvilinin partiyası qurultay keçirir - FOTO

Saakaşvilinin partiyası qurultay keçirir - FOTO

Tiflisdəki İdman Sarayında Vahid Milli Hərəkat Partiyasının VII qurultayı keçirilir. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, tədbirin açılışında dövlət himni səsləndirilib. Qurultayı parlamentin keçmiş deputatı Petre Tsiskarişvili açıq elan edib.

Qurultaya 7 min nümayəndə qatılıb. Tədbirdə Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze də iştirak edir. Tədbirə qatılanlar arasında hərəkatın lideri, sabiq prezident Mixail Saakaşvilinin  həyat yoldaşı Sandra Rulofs, anası Giuli Alasaniya da var.

Tədbir çərçivəsində Mixail Saakaşvili Vaşinqtondan qurultay iştirakçılarına müraciət edib.

Tədbirdə çıxış edən partiya liderlərindən biri Nino Kalandadze bu gün partiya üzvlərinin Gürcüstanın müstəqilliyi kursuna sadiq qaldıqlarını bildirib.

Hazırda həbsdə olan hərəkatın baş katibi Vano Merabişvilinin yenidən bu posta seçiləcəyi bildirilib.

Qurultayda qeyd olunub ki, tədbirdə partiya sədri seçilməyəcək. M.Saakaşvili partiyanın dəyişməz lideri olaraq qalacaq.


OXŞAR XƏBƏRLƏR

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...