Saakaşvilinin ofisinə hücum: Partiyanın sədri həbs olundu - VİDEO

Saakaşvilinin ofisinə hücum: Partiyanın sədri həbs olundu - VİDEO
Vahid Milli Hərəkat (BMM) müxalifət partiyasının lideri Nik Melia Gürcüstanda həbs olunub. 

Sfera.az  Gürcüstanın İctimai Televiziyasına istinadla xəbər verir ki, polis əməkdaşları onun ofisinə basqın ediblər. Melia tərəfdarları ilə birlikdə partiyanın Tiflisdəki ofisinin birində barrikada qurub, buna görə polis onu tutmaq və hücumla götürmək üçün əməliyyat keçirməli olub.

"Rustavi 2” təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdiyini əlavə edib. Melia həbs olunub və təhlükəsizlik qüvvələri onu zirehli avtomobildə ofisin ərazisindən çıxarıb. Polislə qarşıdurma zamanı və bibər qazı istifadə etdikdən sonra yaralananların olduğu aydınlaşıb.

"Sputnik Gürcüstan”ın verdiyi məlumata görə, Melia 20 iyun 2019-cu il iğtişaşların təşkili işində iştirakına görə günahlandırılır. O, yenidən təyin olunmuş girovu ödəməkdən imtina edib. Prokurorluq ona istintaqa qədər həbs qətimkan tədbiri seçilməsini istəyib.

Xatırladaq ki, VMH 2001-ci ilin oktyabrında Mixail Saakaşvili tərəfindən qurulub. Partiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya respublikaları üzərindəki dövlət suverenliyinin bərpası üçün ölkənin NATO və Avropa Birliyinə üzv olmasını müdafiə edir.
 

(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...