Saakaşvilinin Gürcüstana getməsi ilə bağlı daha bir nəfər saxlanıldı
14:20 / 20.10.2021
733
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
1989-cu il təvəllüdlü şəxs ağır cinayətin gizlədilməsində ittiham olunur. Bu cinayətə görə 4 illik həbs cəzası nəzərdə tutulub.
Qeyd edək ki, sabiq dövlət başçısı Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onun Gürcüstana qanunsuz yollarla daxil olması ilə bağlı indiyədək 3 nəfər saxlanılıb.