Saakaşvilinin dönüşü: Mişa niyə öz ayağı ilə həbsə girdi? – Müsahibə

Saakaşvilinin dönüşü: Mişa niyə öz ayağı ilə həbsə girdi? – Müsahibə
Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi.

- Asif bəy, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səkkiz ildən sonra ölkəsinə qayıtdı və həbs edildi. O, qayıdacağı təqdirdə həbs ediləcəyini yaxşı bilirdi. Saakaşvili bunu bilməsinə rəğmən öz ayağı ilə niyə həbsə girdi?



- Mixail Saakaşvilinin əsas hədəfi bu gün Gürcüstanda keçirilən bələdiyyə seçkiləridir. Seçki yerli idarəetmə orqanları uğrunda olsa da, nəticələr növbəti proseslərə ciddi şəkildə təsir edə bilər. Ötən il keçirilən parlament seçkilərini hakim "Gürcü arzusu” qazansa da, müxalifət nəticəni tanımadı və küçə etirazlarına başladı. Qarşıdurma genişlənən də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel prosesə müdaxilə etdi və problemin həlli üçün təklif irəli sürdü. Mişel planı kimi də adlanan təklifə görə "Gürcü arzusu” növbəti bələdiyyə seçkilərində 42 faiz səs toplamasa, növbədənkənar parlament seçkilərini keçirmək öhdəliyini götürür.

Hakim partiya "Mişel planı”nı imzaladı, lakin sonrakı dövrdə ictimai rəy sorğularından çıxan nəticə 42 faizlik baryeri aşa bilməyəcəklərini göstərdi və "Gürcü arzusu” müxalifətin öz öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, plandan imtina etdi. Bu, seçkilərlə bağlı vəziyyəti daha da gərginləşdirdi. "Gürcü arzusu” bələdiyyə seçkilərindən hansı nəticənin çıxmasından asılı olmayaraq, növbədənkənar parlament seçkilərini keçirməyəcək, lakin gürcü müxalifəti üçün bələdiyyə seçkiləri həlledici xarakter daşıyır. Hakimiyyət üçün də nəticə etibarilə eyni dərəcədə əhəmiyyətlidir.

- "Gürcü arzusu” "Mişel planı”ndan imtina etsə nə baş verəcək?

- Əvvəla onu deyim ki, Müxalifət bələdiyyə seçkilərində iki hədəfə oynayır: Birincisi, ölkədə növbəti parlament seçkilərinin vaxtı 2024-cü ildir. bu seçkiyə qədər yerli idarəetmə orqanlarında daha çox yer tutmaq. İkincisi, "Gürcü arzusu”nun 42 faiz səs toplamasının qarşısını almaq. Müxalifət ümid edir ki, nəticə istədikləri kimi olsa, yenidən etirazlara başlamaqla "Mişel planı”nı işə sala bilərlər.

"Gürcü arzusu” "Mişel planı”ndan imtina etsə də, 42 faiz nəticə toplamaqla, məsələnin bir daha gündəmə gəlməsini istəmir. Ümumilikdə situasiya hər iki tərəf üçün kifayət qədər mürəkkəbdir və bu, seçkilərin "son döyüş” gərginliyində baş tutacağı gözləntisini artırır.

- Dediklərinizdən bu nəticəyə gəlmək olar ki, Saakaşvilinin həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb...

- Bəli. Çünki onun həbsi Gürcüstan hakimiyyətinə qarşı Qərbin narazılığını artıracaq. Nəticənin necə olmasından asılı olmayaraq, həm də müxalifətin küçə mübarizəsinə əsas yaranacaq.  Proseslərin bu yöndə inkişafı, xüsusilə Qərbin həbsə reaksiyası "Mişel planı”nı yenidən aktuallaşdıra və "Gürcü arzusu” növbədənkənar parlament seçkilərini keçirməyə məcbur qala bilər. Hadisələr Tiflisin "qaynar qazana” çevriləcəyi yönündə inkişaf edir. Hərçənd, "Saakaşvilinin dönüşü təkcə seçkilərlə bağlıdırmı” sualı da açıq olaraq qalır.
 
- Asif bəy, Saakaşvilinin öz ayağı ilə həbsxanaya getməsi məsələnin həm də geosiyasi tərəfinin olduğu ehtimalını yaradır. Hər halda onu barmaqlıqlar arasından çıxaracaq güc olmasaydı, o öz ayağı ilə həbsxanaya gəlməzdi. Sizcə, Sakaşvilinin arxasındakı güc hansıdır?

- Qaribaşvili-Ərdoğan, Qaribaşvili-Əliyev görüşü fonunda Sakaşvilinin 8 illik fasilədən sonra geri qayıdışı "rəsmi Tiflis ABŞ-ın qəbul etmədiyi "altılıq platforması” ilə bağlı danışıqlar aparır?” sualını da aktuallaşır. Gürcüstan ABŞ-ın altılıq platformasına qarşı bölgədə yeganə tramplin yarada biləcəyi ölkədir. Eyni zamanda, Rusiya ilə münaqişə də Tiflisi bu prosesdən uzaq dayanmağa vadar edir. Amma gələcəkdə Türkiyə-Rusiya ikilisi Gürcüstanla bağlı münaqişəni həll edə bilər.
 
Qaribaşvilinin aktivliyi Gürcüstanı bölgədə Rusiya vasitəçiliyinə alternativ kimi təqdim etmək olsa da, bu həm də Vaşinqtonun planıdır, istisna deyil ki, platforma ilə bağlı müzakirələr də olub. Qeyd etdiyim kimi, Saakaşvili təsadüfən gəlməyib. Bu sonrakı prosesin tərkib hissəsidir.
 
Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...