Röya dostlarını başına yığıb klip çəkdirdi - VİDEO

Röya dostlarını başına yığıb klip çəkdirdi - VİDEO

Ard-arda klip çəkdirən Xalq artisti Röya Ayxan 2020-ci ildə ilk layihəsini təqdim edib.

Sfera.az xəbər verir ki, sənətçi bu dəfə rus dilində ifa etdiyi - musiqisi Rəşad Bağırova, sözləri isə Kamran Qafarlıya məxsus "Влюблена” (Eşqə düşmüşəm) adlı bəstəni ekranlaşdırıb.

Röya ekran işini rejissor Fərhad Əliyevə həvalə edib. 

 

Diqqət çəkən məqam isə klipdə şou-biznesin bir-birindən parlaq nümayəndələrinin yer almasıdır. Ekran işində Xalq artistləri Murad Dadaşov, Miri Yusif, müğənnilər Sevda Yəhyayeva, Zamiq Hüseynov, Xəyyam Nisanov, Azad Şabanov, aparıcılar Nəsib Nur, Kamilə Babayeva və başqaları yer alıb. Klipdə şoumen Murad Dadaşov oliqarx, digər tanınmışlar isə onun qonaqları obrazını canlandırıblar.

Çəkiliş iki gün davam edib. Xalq artisti üç fərqli, dəbdəbəli və qlamur obrazda kamera önünə keçib. Xalq artistinin stili üzərində Elnur Həsənov və Leyla Məmmədova çalışıb. Layihənin baş prodüseri Vüsal Rzazadə, musiqi prodüseri Cavid Əhmədovdur. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə ünvanına səslənən tənqidi fikirlərə cavab verib.   Sfera.az sozcu.az-a istinadla xəbər verir ki, video müraciə...

Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... — VİDEO

Müğənni Nadir Qafarzadə növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, o, "professor da soyducusunu açsın, mən də, görək k...

“Day-dayım yoxdur, böyük məbləğdə yardımlar istəməyin” - Nura Suri

 "Bir məsələyə aydınlıq gətirmək istəyirəm: mən milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yox...

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib "Miss Azərbaycan-2020” milli göz...

Məşhur cütlüyün ayrılma səbəbi bəlli oldu

 Türkiyəli sənətçilər Hande Erçel və Murat Dalkılıçın ayrılma səbəbi bəlli olub. Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar üç illik...

Azərbaycanlı müğənni nişanlandı - FOTOLAR

 Xanəndə Kamilə Nəbiyeva nişanlanıb. Sfera.az xəbər verir ki, sənətçinin nişan mərasimi ötən gün evində baş tutub. Nişandan şəkillərini izləyiciləri ...