Ruzini artırmaq üçün - ÖNƏMLİ TÖVSİYYƏLƏR

Ruzini artırmaq üçün - ÖNƏMLİ TÖVSİYYƏLƏR
İmam Əli (ə) buyurur: "Ruzinin çox və ya az olması ruzi verəndən başqasının əlində deyildir”.

İmam Əli (ə) buyurur: "Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zəmanət edilmişdir”.

İmam Sadiq (ə) buyurur: "Halal ruzi istəməkdən əl çəkmə. Çünki, halal ruzi istəmək sənə dinində kömək edəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: "Ölüm insanı axtardığı kimi, ruzi da insanı axtarar”.

İmam Sadiq (ə) buyurur: "Allah Təala möminin ruzisunu elə yerdən yetirər ki, heç onun haqqında fikirləşməyib belə. Möminin ruzisinin haradan gələcəyinin bilməməsinin səbəbi odur ki, çoxlu dua edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəsə ki, Allah nemət verər, gərək o, Allaha həmd deyib, Ona təşəkkür etsin. O kəsin ki, ruzisi təxirə düşər, Allahdan bağışlanma istəsin”.

İmam Sadiq (ə) buyurur: "Hər kim Allahın verdiyi az nemətə razı olarsa, Allah da onun az əməlinə razı olar”.

İmam Sadiq (ə) buyurur: "Hər kəs ki, ailəsi ilə yaxşı rəftar edər, ruzisi artar”.

İmam Sadiq (ə) buyurur: "Xoşbəxtlik ruzini artırar”.

İmam Əli (ə) buyurur: "Din qardaşına maliyyə yardımı göstərmək ruzini artırar”.

İmam Əli (ə) buyurur: "Əmanətdarlıq ruzini artırar”.

İmam Baqir (ə) buyurur: "Qardaşlarının arxasında dua et ki, bu iş ruzini sənin tərəfinə endirər”.

İmam Əli (ə) buyurur: "Sədəqə vermək, ruzini artırar”.

İmam Baqir (ə) buyurur: "Zəkat vermək ruzini artırar”.

İmam Əli (ə) buyurur: "Hər kəsin ki, niyyəti xoş olarsa, ruzisi da çox olar”.

İmam Baqir (ə) buyurur: "Bəndə günah işlədər və buna görə də ruzi ondan alınar”.

Həzrət Peyğəmbər (s) buyurur: "İbadətin on bölməsi vardır ki, onun doqquzu ruzi istəməkdir”.

İmam Rza (ə) buyurur: "O kəs ki, ailəsinin xərcini təmin etmək üçün Allahdan ruzi istəyərsə, savabı Allah yolunda cihad edəndən çoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, halal qazanc üçün özünü zəhmətə salarsa, bağışlanmışdır”.

Həzrət Peyğəmbər (s) buyurur: "Halal ruzi əldə etmək üçün işləmək - cihaddır”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs əlinin halal zəhmətini yeyərsə, behiştin qapıları üzünə açılar. Hansı qapını istəsə”.

Həzrət Peyğəmbər (s) buyurur: "Məlun, məlun o kəsdir ki, ailəsinin xərcini ödəyə bilmir”.

Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı ruzi odur ki, kifayət qədər olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: "Az və kifayət qədər ruzi, çox və (Allahı yada salmaqdan) saxlayan ruzidən yaxşıdır”. 

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...