Rüşvət alarkən yaxalanan Mahir Xəttabı neçə il həbs gözləyir? - Açıqlama

Rüşvət alarkən yaxalanan Mahir Xəttabı neçə il həbs gözləyir? - Açıqlama
Xəbər verdiyimiz kimi Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən yaxalanan jurnalist 3 ay müddətinə həbs edilib.

Maraqlıdır, cinayət işinin yekununda Mahir Xəttaba hansı cəza tətbiq edilə bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan hüquqşünas Turan Abdullazadə jurnalistin 5 ilədək həbs edilə biləcəyini deyib:

"Qeyd etdiyiniz jurnalist barəsində Ramiz Göyüşovu videosunu yaymaqla şantaj edərək 2000 manat pul istəməyinə dair əsaslı şübhələr yarandığı üçün barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Bu isə o deməkdir ki artıq jurnalist barəsində cinayət işi başlanıb, 3 ay ərzində istintaq aparılacaq və jurnalist istintaq müddəti gedişində istintaq təcridxanasında saxlanılacaq. Daha sonra toplanılmış materiallar baxılması üçün müvafiq məhkəməyə göndəriləcək. Jurnalistin təqsirləndirildiyi əməldə təqsiri sübuta yetirilərsə, o zaman ona Cinayət qanunvericiliyinə müvafiq qaydada məhkəmə tərəfindən cəza təyin ediləcək. 
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...