Rüstəm Muradov Yerevana niyə gedir? – “O, Ermənistanı başa salmağa çalışacaq ki...”
12:13 / 03.06.2021
1932
"Rüstəm Muradov İrəvana sərhəd mübahisələri ilə
bağlı Ermənistanı başa salmaq üçün gedir”.
Bu sözləri Sfera.az-a açıqlamsında Qarabağdakı
Rusiya sülhməramlı qüvvələrin komananı, general-leytenant Rüstəm Muradovun Moskvadakı üçtərəfli
görüşdən sonra İrəvana səfər etməsinin məqsədlərindən danışarkən politoloq Məhəmməd
Əsədullazadə deyib:
"Ermənistan Rusiyanın vasitəçiliyilə çalışır
ki, Azərbaycan hərbçilərinin sərhəddən geri çəkilməsinə nail olsun. Məqsədləri budur ki, Azərbaycan Ordusunu sərhəddən
10-15 km. geri çəksin, erməni kəndlərinə yaxın buraxmasın. Amma Azərbaycan prinsipiallıq
göstərərək buna getmir. 1975-1976-cı
ilin xəritələrində sərhəd xətti haradan keçibsə, Azərbaycan da orada
dayanacaq”.
Həmsöhbətimiz bildirdi ki, Moskvadakı üçtərfəli danışıqlarda hər hansı
razılığın əldə olunması gözlənilmirdi: "Belə də oldu. İrəvan delimitasiya, demarkasiya prosesini
siyasiləşdirir və prosesə Qərbi də cəlb etmək istəyir. Moskva görüşündən sonra
Rüstəm Muradovun İrəvana səfəri Ermənistanı sərhəd məsələsində başa salmağa
hesablanıb. Düzdür, Rusiya da böhranda maraqlıdır. Onlar yeni müharibənin
alovlanmasını istəməsələr də, bölgədə qalıcı sülhə də maraqlı deyil.
Rüfət SULTAN