Ruslardan Odessaya raket hücumu - Şarl Mişelin Ukrayna baş naziri ilə görüşü yarı qaldı
21:40 / 09.05.2022
1505
Avropa Şurasının rəhbəri Şarl Mişel mayın 9-da Odessaya səfəri zamanı Ukraynanın baş naziri Denis Şmıqalla görüşüb.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Odessadakı görüş rusların raket zərbəsinə görə yarımçıq qalıb.
Rəsmilər raket hücumundan qorunmaq üçün sığınacağa getməli olublar.