"Ruslar əvvəlcə bir-birini öldürəcək, sonra..." - Ağ Ev Ukraynaya məxfi hücum planı haqda

Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki bəyan edib ki, Birləşmiş Ştatlar administrasiyasının əldə etdiyi yeni məlumatların təhlilinə əsasən Rusiyanın Ukrayna üzərinə hücumu yanvarın sonlarında başlayacaq. Lakin o hücumun fevralın əvvəllərində başlamasının da nəzərdən keçirildiyini deyib. "Biz narahatıq ki, Rusiya hakimiyyəti hərbi müdaxilə hazırlayır”, - Psaki bildirib.

Ağ ev nümayəndəsi deyib ki, Rusiya 2014-cü ilin ssenarisi ilə hərəkət etməyi planlaşdırıb. "Bu baş verənlər bizi 2014-cü ilə qaytarır, o cümlədən sabotaj və Ukraynanı Donbassdakı Rusiya qüvvələrinə qaçılmaz hücuma hazırlaşmaqda ittiham etməyə yönəlmiş informasiya əməliyyatları. Rusiya belə əməliyyatları bu cür intensivliklə hücuma bir neçə həftə qalmış həyata keçirir”, - Psaki əlavə edib.

Ağ ev nümayəndəsi Moskvanın hücum üçün saxta bəhanə hazırladığını da deyib. Bundan əvvəl Pentaqon nümayəndəsi Con Kirbi analoji bəyanatla çıxış etmişdi və bildirmişdi ki, kəşfiyyatın əldə etdiyi məlumatlara görə əvvəlcə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi başqa ölkənin (görünür Ukraynanın) bayrağı altında Donbassa hücum edəcək, orada küçə döyüşləri aparacaq və partlayışlar törədəcək. Bu zaman Ukraynanı ittiham etmək üçün rusların bir-birini öldürməsi də  nəzərdə tutulur. Ardınca isə Rusiya Ukraynanı Donbassa hücumda ittiham edərək "öz vətəndaşlarını qorumaq” adı altında irimiqyaslı hərbi müdaxilə başladacaq.

Xatırladaq ki, yanvarın əvvəlindən etibarən Rusiya Ukrayna sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləşdirilməsini intensivləşdirib. Son iki həftə ərzində hərbi texnika yüklənmiş onlarla eşalonun Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərəkəti qeydə alınıb.
 
 
virtualaz.org
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazarbayev nəhayət üzə çıxdı: “Bu hadisələr bütün Qazaxıstanı sarsıtdı...”

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkəsində etirazların başlamasından və yatırılmasından sonra ilk dəfə üzə çıxıb.   Sfera.az xəbər ve...

"Nazarbayev yanvarın 2-də buradaydı, sonradan..." - Jurnalist doğulduğu kənddə onu axtardı

Qazaxıstanın keçmiş prezidenti və "Elbası” Nursultan Nazarbayev ölkəsində etirazların başladığı gün doğulduğu kəndə gedib. Orada bir gün qalıb və ertəsi gün Qır...

"Ruslar əvvəlcə bir-birini öldürəcək, sonra..." - Ağ Ev Ukraynaya məxfi hücum planı haqda

Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki bəyan edib ki, Birləşmiş Ştatlar administrasiyasının əldə etdiyi yeni məlumatların təhlilinə əsasən Rusiyanın Ukrayna üzəri...

Tokayev KTMT hərbçilərinin Qazaxıstandan çıxmaq tarixini açıqladı: “İki gündən sonra…”

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstanda əsas missiyası başa çatıb”. Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan...

İki gün öncə istefaya göndərilmişdi, saxlanıldı

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. ...

Tokayev Putinə təşəkkür etdi, xəbərdarlıqsız atəş əmri verdi - SON DURUM

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib. Sfera.az RİA-Novosti agentliyinə ...