Rusiyaya qanunsuz 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı

Rusiyaya qanunsuz 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanında gömrük sərhədindən 200 kq-dan çox Türkiyə istehsalı olan xəz geyimləri, ayaqqabı və digər paltarları öz üzərlərində və baqajlarında qanunsuz yollarla keçirmək istəyən Azərbaycan vətəndaşları saxlanılıb.

Sfera.az xəbər verir ki, İstanbul-Sankt-Peterburq aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda "Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyiblər.

Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda ​bəyan edilməyən xəz geyimləri, kişi və qadın geyimləri, ayaqqabılar, müxtəlif ölçülü papaqlar aşkarlanıb.

Ümumilikdə, həmyerlilərimiz 465 adda geyim əşyasını bəyannaməsiz Rusiya gömrüyündən keçirməyə çalışıblar. Saxlanılanların sözlərinə görə, bütün geyim əşyaları Sankt -Peterburqdakı dostlarına hədiyyə olaraq alınıb.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...

Nizami rayonunda 500 ağac əkildi

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dün...

Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ

“Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar”.   Sfera....

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...