Rusiyanın Xalq artisti vəfat etdi - FOTO
20:00 / 05.06.2020
3081
Rusiyanın Xalq artisti, aktyor və rejissor Mixail Kokşenov vəfat edib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun 84 yaşı olub.
M.Kokşenov 1936-cı ildə Moskvada anadan olub. Kinoda debütü 1957-ci ildə "Hündürlük” filmində olub. Ümumilikdə 130-dan çox rol oynayan Kokşenov rejissor kimi də çalışıb.