Rusiyanın tələbi ilə \"Apple\" və \"Google\" bu tətbiqləri SİLDİ

Rusiyanın tələbi ilə \
Müxalifət lideri Aleksey Navalnı üçün hazırlanan "taktiki səsvermə tətbiqi" Rusiyanın tələbindən sonra ləğv edilib.
 
Sfera.az xəbər verir ki, Rusiyada prezident Vladimir Putinin ən ciddi rəqibi Navalnı və siyasi müttəfiqləri taktiki səsvermə kampaniyası təşkil etmək üçün mobil tətbiqdən istifadə etməyi planlaşdırırdılar.

Moskva ABŞ texnologiya şirkətlərini Rusiyanın daxili işlərinə qarışmaqda günahlandırdıqdan sonra, "Google" və "Apple" həbsdəki müxalifət lideri Aleksey Navalnının "taktiki səsvermə tətbiqini" aradan qaldırıblar.

Qeyd edək ki, ruslar üç günlük parlament seçkiləri üçün səsverməyə başlayırlar. Hakim "Vahid Rusiya" partiyasının seçkilərdə bir daha birinci olacağı proqnozlaşdırılır. Bu il seçkilərin ədalətli və şəffaf olmayacağı ilə bağlı tənqidlər həmişəkindən daha çox səslənir.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR