Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycana gəldi
17:14 / 21.11.2020
2211
Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycana gəlib.
Sfera.az "TASS”a istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, səhiyyə naziri Mixail Muraşko, Baş nazirin müavini Aleksey Overçuk və "Rospotrebnadzor”un rəhbəri Anna Popova daxildirlər.
Daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib. O, Prezident İlham Əliyevlə görüş keçirib.