Rusiyanın oyununda İrəvan yalnız piyadadır - Korotçenko

Rusiyanın oyununda İrəvan yalnız piyadadır - Korotçenko
Soçidə yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə gözlənilən üçtərəfli görüş fonunda bu gün Nikol Paşinyanın Feysbuk hesabında keçirəcəyi mətbuat konfransı erməni istifadəçilər üçün son dərəcə maraqlı görünür.

Sfera.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, İrəvanın Üçtərəfli Bəyanat üzrə öhdəliklərini (ilk növbədə Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına başlanması) əməli şəkildə yerinə yetirməsində israr edən Kremlin aydın mövqeyini nəzərə alaraq, Paşinyan Ermənistan cəmiyyətinə bu qərarların qaçılmazlığını izah etməli olacaq. Bu da təbii ki, Ermənistanın hazırki baş nazirinə qarşı müxalifətin növbəti hücumlarının artmasına səbəb ola bilər:

"Məhz buna görə də Paşinyan bu gecə Ermənistan cəmiyyətinə çox yaxın vaxtlarda təqdim edəcəyi "acı həb”i şirinləşdirməli, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişin qaçılmazlığının lehinə ən tutarlı arqumentlər tapmalı olacaq”.

Korotçenko bildirib ki, son aylarda erməni lobbisinin səyləri ilə Rusiyanın media məkanında Böyük Turanın dirçəliş təhlükəsini şişirtmək və Türkiyəni iblisləşdirmək üçün həyata keçirilən genişmiqyaslı kampaniya heç bir real nəticə vermədi:

"Fakt budur ki, Ankara ilə münasibətlərə dair bütün əsas qərarları şəxsən Vladimir Putin verir, erməni lobbisinin səyləri isə yalnız təbəssüm yaradır. Burada ən yaxşı nümunə Dmitri Peskovun Ərdoğana hədiyyə verilən (MHP sədri Dövlət Baxçalı tərəfindən - red) qədim türk torpaqlarının xəritəsini Kremlin görüb-görməməsi sualına cavabında sakit ironik reaksiyasıdır”.

Rusiyalı politoloqun fikrincə, bu gün Putin Qərbə qarşı eyni vaxtda geosiyasi şahmat oyununun bir neçə seansını keçirir, onun məqsədi Rusiyanın XXI əsrdə qalibiyyət mövqeyini təmin etməkdir. Və bu oyunda Ermənistan bu gün şahmatdakı kimi fil və ya top deyil, sadəcə bir piyadadır:

"Yuxarıdakı müqayisə ilə heç kimi incitmək istəmirəm, amma bu, sadəcə olaraq mövcud reallıqların ifadəsidir. Əvvəlki onilliklərdə Rusiya Ermənistana milyardlarla dollar sərmayə qoyub və onu Cənubi Qafqazdakı ən mühüm hərbi-güc aktivi kimi gücləndirib. 44 günlük müharibənin reallıqları göstərdi ki, bu cür gözləntilər tamamilə özünü doğrultmur - rus pulları və rusların səyləri boşa çıxdı.

Odur ki, Kremlin geosiyasi oyununun yeni sessiyasında Ermənistan bu gün kədərli yerə (özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində) malikdir və başqa heç nə yoxdur. Məşhur rus atalar sözündə deyildiyi kimi, "Ayağını paltarına görə uzat”. İkinci Qarabağ müharibəsində qalib gəlmək lazım idi, amma uduzdunsa, onda yalnız e2 - e4 yolu ilə hərəkət edən piyada rolunu oynayacaqsan. Və başqa heç nə. Ancaq Rusiya Federasiyasının himayə altında və tərəfində”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Mehriban Əliyeva Qubada - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gediblə...

Prezidentin xüsusi nümayəndəsi: "Qarşımızda duran əsas vəzifə budur"

"Bu gün Şamaxıda keçirdiyimiz "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfrans Ağdamda keçirilən konfra...

"Məcburi köçkünlər"in statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub

"Azad edilən ərazilərə əhalinin repatriasiyası prosesinin fundamental əsaslarının müəyyən edilməsi üçün ilk növbədə keçmiş məcburi köçkünlər arasında sorğular a...

Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI

Rusiya sülhməramlı kontingentinin hərbçiləri keçmiş Ağdərə rayonu ərazilərinin minalardan təmizlənməsi üzrə işlərə başlayıblar. Sfera.az xəbər verir ki, b...

Azərbaycan XİN Finlandiyanı təbrik edib

Azərbaycanın Xarici işlər Nazirliyi Finlandiyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, təbrik mətni qurumun tviter səhifəsin...

Prezidentdən Vüqar Gülməmmədovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sər...