Lavrov və Şoyqu Ermənistandadır

Lavrov və Şoyqu Ermənistandadır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistandadır.

***
Rusiyanın müdafiə naziri Sergey Şoyqu noyabrın 21-də qurumlararası nümayəndə heyətinin tərkibində Yerevanda səfərdədir.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, Sergey Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də Yerevana səfər edəcəyi gözlənilir.

Rusiyanın nümayəndə heyəti Yerevanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlılarının yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edəcək.



OXŞAR XƏBƏRLƏR