Rusiyanın “miqrantları qovacam” hədəsi nə dərəcədə ciddidir? – “Hədəf Azərbaycan və Ukraynadır...”

Rusiyanın “miqrantları qovacam” hədəsi nə dərəcədə ciddidir? – “Hədəf Azərbaycan və Ukraynadır...”
Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 min, Qazaxıstanın 49 min vətəndaşı Rusiyada qeyri-qanuni əsaslarla yaşayır.
 
Sfera.az-ın xəbərinə görə, mövzuyla bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov Rusiyanın ölkəmizə əsasən iki təzyiq formasından istifadə etdiyini deyib:

"Onlardan biri pomidor, digəri miqrantlarla bağı olan təsir vasitəsidir. Hələ ötən ilin sonlarında pomidor ixracına qadağa qoyulan zaman bunun müvəqqəti xarakterli olacağını , mart-aprel aylarına qədər vəziyyətin kifayət qədər dəyişəcəyini qeyd etmişdim. Gözləntilərim özünü tamamilə doğrultdu. Çox keçmədən Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin sayı artırdı. Göründüyü kimi, Rusiyanın qadağaları uzunmüddətli və ciddi olmur. Çünki bu onun özünə də sərf etmir”.

Ekspert qeyd edib ki, müxtəlif səviyyələrdə, fərqli problemlər yaşanır və buna görə də bu gün verdikləri qərarı 3-5 gün sonra dəyişmək haqda düşünürlər:

"Hamı ilə pis olub, yaşamaq mümkün deyil. Bunu özləri də gözəl anlayırlar. Hesab edirəm ki, miqrantlarla bağlı verilən qərar da bu qəbildən olan təzyiq formalarından biridir. Qısa vaxtda bu da digər qadağalar kimi sıradan çıxacaq. Çünki Rusiyanın MDB-dən olan miqrantlara heç də az ehtiyacı yoxdur. Bu miqrantlar Rusiya iqtisadiyyatında ucuz işçi qüvvəsi kimi aparıcı rola malikdirlər. Təsəvvür edin, bir neçə il əvvəl mənə Rusiyadan bir neçə işçi tələb olunan müəssisələrin elanlarını göstərmişdilər. Göstərilən 5 elandan 3-nün üzərində əsas tələblərdən biri kimi yazılmışdı ki, nahar fasiləsində araq içməsin. Bu, ciddi situasiyadır. Oranın işçı qüvvəsində leqal və ya qeyri leqal fəaliyyət göstərən qeyri-rusların çəkisi inanılmaz dərəcədə əhəmiyyətlidir”.

Eldəniz Əmirovun sözlərinə görə, Rusiya dünyanın ən pis  demoqrafik fəlakət yaşayan ölkəsidir: "Əhali sayı və sıxlığı azalmaqda davam edir. Azərbaycanda əhali sıxlığı 117 olduğu halda, Rusiya bu rəqəm 8.4-dür. Rusiya əmək qabiliyyətli insanlar və təqaüdçülərin sayının ən aşağı nisbəti olan ölkələr arasında 7-ci yerdədir. Bu dövlət dünya ölkələri arasında ölüm nisbətinə görə 10-cu yeri tutur. 1992-ci ildən 2016-cı ilədək Rusiya əhalisi səkkiz milyon azalıb. Bu da ümumi əhalinin beş faizini təşkil edir. Hazırda da bu problem davam edir və Rusiya dünyanın sülh dönəmində əhalisi davamlı şəkildə azalan tək dövlətdir. Bütün bunları Rusiya höküməti çox gözəl bilir. Onu da bilirlər ki, bu gün vaxtaşırı təzyiq vasitəsi kimi istifadə etdiyi miqrant amili olmasa və Rusiya yalnız rusların ümidinə qalsa, bir neçə əsr sonra millət olaraq mövcudluqları sual altında qala bilər”.
 
Ekspert miqrantlarla bağlı qadağa möhlətinin məhz 15 iyun olması təsadüfi deyil: "Bu tarixə qədər Azərbaycan və Ukraynaya təsir edə biləcəklərini hesablayıblar. Lakin düşünürəm ki, hən Azərbaycan, həm də Ukrayna tərəfi vəziyyəti gözəl anlayır və vaxtaşırı təkrarlanan belə ucuz təzyiqə ciddi önəm verməyəcək. İstər real vəziyyətin təhlili, istərsə də tarixi təcrübə onu göstərir ki, uşaq kaprizlərinə bənzəyən belə təzyiq vasitələri uzunmüddətli və effektli olmur”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...