Rusiyanın Ermənistanla bağlı “B” planı – “Köçəryanı inqilabla hakimiyyətə gətirmək...”

Rusiyanın Ermənistanla bağlı “B” planı – “Köçəryanı inqilabla hakimiyyətə gətirmək...”
"Köçəryan küçədən, çevriliş yolu ilə hakimiyyətə gəlməyə çalışacaq”.

Sfera.az xəbər  verir ki, bu sözləri Ermənistanda postseçki dövrü üçün gözlənilən ssenariləri analiz edərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib.
Onun fikrincə, hazırda Ermənistanla bağlı yayılan informasiyaları analiz edərkən seçkidən sonra bu ölkədə bir neçə mümkün ssenarinin işə düşəcəyini proqnozlaşdırmaq olar:
 
"Seçkilərədə heç bir siyasi partiya, və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığa bilmir. Koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin edilir.

İkinci ssenariyə görə, seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır. Bir neçə mandat qazanmış siyasi təşkilatları koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır.

Seçkidən həmən sonra Köçəryan və dəstəsi küçələrə çıxır. Seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışır, Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlir”.
 
Həmsöhbətimiz düşünür ki, bu ssenari daha realdır: "Buna hazır olmalıyıq. Paşinyan anlayır ki, Kreml onu çıxdaş etməyi qətiləşdirib, istənilən halda bunu etmək istəyəcək. Məhz ona görə də seçkidən öncə Fransa və ABŞ-dan dəstək alaraq seçkinin legitimlik "möhürü”nü Moskvaya deyil, Qərbə vermək istəyir.

Hər bir halda 20 iyun seçkilərindən sonra Ermənistan çalxalanacaq, qeyri-sabitlik bir müddət davam edəcək, həmin dövrdə sərhəddə və Qarabağın hələ də rus-erməni işğalı altında qalan kiçik hissəsində təxribatlar olacaq. Ciddi hazırlaşmalıyıq, ola bilər ki, sərhəddə və Xankəndi ətrafındakı mümkün  təxribatlara ciddi cavab vermək məcburiyyəti yaransın”.

Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...