Rusiyanın əl-qolunu bağlayacaq qətnamə QƏBUL EDİLDİ
11:47 / 30.04.2021
2459
Avropa Parlamenti Rusiya ilə bağlı qətnamə qəbul edib.
Sfera.az xəbər verir ki, bu qətnamə ilə Rusiyanın bütün əl-qolu bağlanır.
Belə ki, qətnamədə Rusiyanın Ukrayna ərazisinə hücum edəcəyi təqdirdə tədbirlər sadalanıb:
- Rusiya beynəlxalq bank sistemi SWIFT-dən çıxarılır;
- Rus oliqarx və ailələrinin Avropa İttifaqı ərazisindəki bütün aktivləri dondurulur;
- Rusiyadan qaz-neft alışı təcili dayandırılır.
Qeyd edək ki, Avropa Birliyinin rəhbərliyinə ünvanlanan qətnamə 569 deputatın lehinə, 67 deputatın əleyhinə səs verməsi ilə qəbul olunub.
Türkan
Sfera.az