Rusiyanın bu şəhərindən Bakıya çarter reysləri açılacaq

Rusiyanın bu şəhərindən Bakıya çarter reysləri açılacaq
"Ural Hava Yolları” Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə çarter reysləri həyata keçirəcək.

Sfera.az xəbər verir ki, uçuşlar martın 11-dən başlayacaq və hər həftənin cümə axşamı həyata keçiriləcək.

Bildirilib ki, koronavirus pandemiyası ilə bağlı mövcud məhdudiyyətlər səbəbindən hazırda Azərbaycana yalnız Azərbaycandakı diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və rəhbərləri və onların ailə üzvləri, ailə üzvləri Azərbaycan vətəndaşı olan əcnəbi vətəndaşlar, Azərbaycanda işləmək üçün icazəsi olan əcnəbi vətəndaşlar, həmçinin Azərbaycanda daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi vətəndaşlar və Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələr uça bilər.

OXŞAR XƏBƏRLƏR