Rusiyalılara \"vaksinasiyaya görə bonus\" dolandırıcılığı mövzusunda xəbərdarlıq
15:00 / 09.07.2021
1189
Bank nümayəndələri koronavirus peyvəndi ilə
bağlı yeni fırıldaqçı sxem haqda məlumat verib.
Sfera.az-ın məlumatına görə bunu Rusiyanın ən
böyük media holdinqlərindən biri olan
RBK "RosBiznesKonsaltinq” yazır.
Fırıldaqçılar peyvənd edilən şəxslərçün bonusların
yığılması barədə İnternetdə reklam yerləşdirirlər. Bu sxem artıq Qazprombank və
VTB -də aşkar edilib.
Şirkət istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların
hiyləgərliyinə uymamağa çağırıb.
Son zamanlar koronavirus vaksinasiyası ilə
bağlı fırıldaqçı sxemlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Bu yaxınlarda
Moskvada restoran və kafeləri ziyarət etmək üçün saxta QR kodları, eləcə də
COVID sertifikatları satan şəxslər
aşkarlanıb.
Qeyd edək ki, saxta dövlət xidmətləri portalına yol açan QR
kodlarından istifadə iki ilə qədər həbs
cəzası ilə nəticələnə bilər.
Selcan
Sfera.az