No Image
No Image

Rusiyalı polkovnik ermənilərin yaydığı xəbəri yalanladı

Rusiyalı polkovnik ermənilərin yaydığı xəbəri yalanladı
Qarabağda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.

Sfera.az xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini, polkovnik Dmitri Perepelkin deyib.

O bildirib ki, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətin monitorinqi aparılır.

"Atəşkəs pozuntuları qeydə alınmayıb", - deyə Perepelkin vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə dezinformasiya yayıblar.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı erməni KİV-lərində yer alan xəbərləri təkzib edib. Diqqətə çatdırıb ki, Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb.
 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Üç ölkənin baş nazirlərinin müavinlərinin görüş tarixi AÇIQLANDI

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini ...

Rəsmi Bakı Ermənistanın bu xahişini qəbul etməyəcək - ŞƏRH

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycandan icazə istəyib. Ermənistan mediasının iddiasına görə, Moskvanın vasitəçiliyi ilə b...

Putinlə Baydenin telefon danışığının DETALLARI

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu barədə Kreml məlumat ya...

Oqtay Şahbazov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident...

Prezident Ramin Quluzadənin yerinə onu təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəşad Nəbiyevlə bağlı sərəncam verib. Sfera.az  xəbər verir ki, sərəncama əsasən, Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublik...

Baş nazir xəbərdarlıq etdi: Şişirdilmiş qiymətlər...

Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri ...