Rusiyalı politoloq Ermənistandakı böhranla bağlı hesabat hazırladı

Rusiyalı politoloq Ermənistandakı böhranla bağlı hesabat hazırladı
Rusiyalı politoloq Oleq Kuznetsovun müəllifliyi ilə "Ermənistanın müasir dövlət ideologiyasının allüziyaları” adlı hesabat hazırlanıb.

Sfera.az xəbər verir ki, hesabat Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib.

Hesabatda ötən ilin sentyabrında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hərbi əməliyyatların başlamasından və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Ermənistanda siyasi böhranın hökm sürdüyü və ölkənin siyasi partiyaların hakimiyyət uğrunda mübarizə məkanına çevrildiyinə diqqət çəkilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılması Ermənistan cəmiyyətində psixoloji şok effekti yaradıb.

Vurğulanıb ki, erməni cəmiyyəti hələ də Azərbaycana uduzmasının kökündə təcavüzkar dövlət ideologiyası olan tsexakronizm ideologiyasının dayandığını etiraf etməyə cəsarət etmir.

Daha sonra müəllif Qaregin Njdenin bu ölkədə qəhrəmanlaşdırılması, banisi olduğu tsexakronizm ideologiyasının mahiyyəti və tarixi barədə yazıb və son 20 ildə bu ideologiyanın Ermənistanın idarəçilik sistemində mərkəz mövqedə dayandığına dair əsaslar gətirib. Müəllif qeyd edib ki, nasizm ideologiyasının təbliğatçısı olan Qaregin Njdenin erməni xalqının üstünlüyünü ehtiva edən tsexakronizm ideologiyası dərin şəkildə erməni xalqının milli kimliyini daxil olub və ölkədə geniş şəkildə təbliğ olunur. (Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...