Rusiyalı nazirin olduğu təyyarə təcili eniş etdi

Rusiyalı nazirin olduğu təyyarə təcili eniş etdi

Rusiyanın "RusJet” aviaşirkətinə məxsus "Sukhoi Superjet 100” sərnişin təyyarəsi "Vnukovo” hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.

Təyyarədə Almaniyadan işgüzar səfərdən qayıdan Rusiya Federasiyasının Sənaye və ticarət naziri Denis Manturov da olub.

Bu barədə Lenta.ru xəbər yayıb.

 

Bildirilir ki, Berlin-Moskva marşrutu ilə hərəkət edən təyyarədə uçuş zamanı nasazlıq siqnalı verilib. Təyyarə ön şassisi açıq vəziyyətdə ensə də, problem yaşanmayıb, eniş uğurlu olub.

Hadisə nəticəsində zərər çəkən olmayıb. 

Baş verənlərlə bağlı yoxlamalara başlanılıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR