Rusiyalı epidemioloq: “Peyvənd edilənlər də yoluxa bilər”

Rusiyalı epidemioloq: “Peyvənd edilənlər də yoluxa bilər”
Rusiyada peyvəndləmədən sonra COVID-19-a yoluxma ehtimalı barədə açıqlama verilib.

Sfera.az xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb.

Onun sözlərinə görə, koronavirusa qarşı peyvənd edilənlər də virusa yoluxa bilərlər:

"Mütləq bir qorunma yoxdur, ancaq peyvənd olunan infeksiyanı daha yüngül keçirir. Hər hansı bir infeksiyaya qarşı 100% qorunma yoxdur”.

Mütəxəssis əlavə edib ki, əgər kimsə peyvənddən sonra koronavirus xəstəliyinə yoluxsa, onda sətəlcəm, ürək və böyrək zədələnməsini kimi ağırlaşmalar olmayacaq.

O, həmçinin, peyvənd edildikdən sonra fərdi qoruyucu vasitələrdən istifadəyə davam etməyin lazım olduğunu da deyib.

OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...