Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir

Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir
"Gəncəyə son raket zərbəsindən sonra, əminliklə deyə bilərik ki, həqiqətən hazırda Ermənistanı terror təşkilatı idarə edir. Yəni Nikol Paşinyanın hakimiyyətini, Paşinyan rejimini yalnız terror təşkilatı kimi xarakterizə etmək olar”.

Sfera.az xəbər verir ki, bunları Rusiya bürosuna rusiyalı ekspert Andrey Petrov söyləyib.

Ekspertin sözlərinə görə, Paşinyan rejiminin mülki Azərbaycan əhalisi ilə bağlı planı var: "Ermənistanın hakimiyyətinin Azərbaycanın dinc sakinlərini öldürmək və dinc sakinləri qorxutmaq kimi planları və məqsədləri var. Və bunlar bu planı mərhələli şəkildə həyata keçirirlər. Anlamaq lazımdır ki, əvvəlki zərbələr və ya bu zərbə torpaqların azad olunmasının qisası kimi bir dəfəlik zərbələr və ya dinc sakinlərdə vahimə yaratmaq kimi bir hadisə deyil.

Beynəlxalq təşkilatlar neytrallıq oyununu dayandırmalı, Ermənistanın hərbi cinayətini, bu cinayətin dəlillərini tanımalıdır. Və Ermənistana təzyiq göstərilməlidir ki, onlar terrorçu hərəkətlərindən əl çəksinlər”.

A.Petrov beynəlxalq ictimaiyyətin susqunluğunu və Ermənistan tərəfindən törədilən bu terror aktlarının görməməzliyini də qiymətləndirib:

"Anlaya bilmirəm bunlar indi niyə bunu edir. Ümid edirəm ki, bugünkü terror hadisəsindən sonra hər hansı bir reaksiya olacaq. Çünki nə qədər susmaq və özünü heç bir şey baş vermir kimi aparmaq olar? Bilirəm ki, Azərbaycan BMT-nin Baş katibliyinə və Təhlükəsizlik Şurasına muraciət edib. İnanıram ki, nəhayət susqunluq ölü nöqtədən tərpənəcək. Və Ermənistana bunu bağışlamayacaqlar.

Problem ondadır ki, hər şey Ermənistanın istədiyi kimidir. Azərbaycan ərazisində terror aktı törədir və heç bir reaksiya almırlar. Şübhəsiz bu reaksiyaların olmaması Yerevanın terror aktlarını davam etməsinə şərait yaradır. Yerevan beynəlxalq ictimaiyyət tərəfindən dəqiq cavab almalıdır ki, bu cür hallar yol verilməzdir”.///Report

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...