No Image
No Image
No Image

Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir

Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir
"Gəncəyə son raket zərbəsindən sonra, əminliklə deyə bilərik ki, həqiqətən hazırda Ermənistanı terror təşkilatı idarə edir. Yəni Nikol Paşinyanın hakimiyyətini, Paşinyan rejimini yalnız terror təşkilatı kimi xarakterizə etmək olar”.

Sfera.az xəbər verir ki, bunları Rusiya bürosuna rusiyalı ekspert Andrey Petrov söyləyib.

Ekspertin sözlərinə görə, Paşinyan rejiminin mülki Azərbaycan əhalisi ilə bağlı planı var: "Ermənistanın hakimiyyətinin Azərbaycanın dinc sakinlərini öldürmək və dinc sakinləri qorxutmaq kimi planları və məqsədləri var. Və bunlar bu planı mərhələli şəkildə həyata keçirirlər. Anlamaq lazımdır ki, əvvəlki zərbələr və ya bu zərbə torpaqların azad olunmasının qisası kimi bir dəfəlik zərbələr və ya dinc sakinlərdə vahimə yaratmaq kimi bir hadisə deyil.

Beynəlxalq təşkilatlar neytrallıq oyununu dayandırmalı, Ermənistanın hərbi cinayətini, bu cinayətin dəlillərini tanımalıdır. Və Ermənistana təzyiq göstərilməlidir ki, onlar terrorçu hərəkətlərindən əl çəksinlər”.

A.Petrov beynəlxalq ictimaiyyətin susqunluğunu və Ermənistan tərəfindən törədilən bu terror aktlarının görməməzliyini də qiymətləndirib:

"Anlaya bilmirəm bunlar indi niyə bunu edir. Ümid edirəm ki, bugünkü terror hadisəsindən sonra hər hansı bir reaksiya olacaq. Çünki nə qədər susmaq və özünü heç bir şey baş vermir kimi aparmaq olar? Bilirəm ki, Azərbaycan BMT-nin Baş katibliyinə və Təhlükəsizlik Şurasına muraciət edib. İnanıram ki, nəhayət susqunluq ölü nöqtədən tərpənəcək. Və Ermənistana bunu bağışlamayacaqlar.

Problem ondadır ki, hər şey Ermənistanın istədiyi kimidir. Azərbaycan ərazisində terror aktı törədir və heç bir reaksiya almırlar. Şübhəsiz bu reaksiyaların olmaması Yerevanın terror aktlarını davam etməsinə şərait yaradır. Yerevan beynəlxalq ictimaiyyət tərəfindən dəqiq cavab almalıdır ki, bu cür hallar yol verilməzdir”.///Report

OXŞAR XƏBƏRLƏR

Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursat - VİDEO

Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların görüntüləri yayılıb. Bu barədə Sfera.az  Müdafiə...

Tərtər artilleriya atəşinə tutuldu - RƏSMİ

Tərtər artilleriya atəşinə tutulubOktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub. ...

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə susuz, çörəksiz qoydular” - VİDEO

  "Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. Mehriban, sülh şəraitində onlarla xəstəx...

Paşinyan hərbçiləri ciddi cəzalandıracağı ilə hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində ordudakı intizamsızlığı, qanunsuzluğu etiraf edib. Sfera.az xəbər verir ki, baş nazir mü...

“McDonald’s Azərbaycan” ölkəmizə belə dəstək oldu - FOTO

"McDonald`s Azərbaycan" MMC-nin Azərbaycan filialı Dağlıq Qarabağdakı hərbi əməliyyatları dəstək olub Sfera.az xəbər verir ki, şirkət İnstaqram hesabı...

Ermənistan bu yaşlı əsirlərə də sahib çıxmır - FOTO

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respub...