Rusiyalı ekspert: \"Ermənistan ordusu darmadağın edilib\"

Rusiyalı ekspert: \
"Bir tərəfdən Azərbaycana görə sevindim, çünki 30 illik işğalın dəhşətlərinə, nəhayət ki, son qoyulub, torpaqlar azad edilib. Digər tərəfdən, bütövlüklə dağılıb yerlə yeksan olunmuş şəhər və kəndləri görmüşəm. O cümlədən Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”.

Sfera.az xəbər verirki, bu fikirləri hərbi ekspert İqor Korotçenko bu yaxınlarda Qarabağa səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağda gördüyü şəhərlər sanki nüvə bombardmanına tutulması təəssüratı bağışlayırdı: "Bu, Azərbaycana qarşı nifrət bombasıdır. İndi Qarabağda çox böyük bərpa və quruculuq işləri görülməlidir. Bunun üçün uzun illər və külli miqdarda vəsait lazım gələcək”.

Ekspertin fikrincə, hazırda Ermənistanda səsləndirilən qisas çağırışları gerçəklikdən çox uzaqdır: "Azərbaycan Ermənistanın hərbi dişlərini məhv etdiyinə görə hər hansı qisas mümkün deyil. Ermənistan ordusu darmadağın edilib. Onlar Azərbaycana hücum etmək istəsələr, beynəlxalq hüquqa görə hərbi təcavüz törətmiş olacaq və bu da onlara çox baha başa gələcək. Həm də belə olan halda, KTMT və Rusiyanın Ermənistana yardım etmək üçün heç bir əsas olmayacaq”.

Rusiyalı ekspert həmçinin bu günlərdə Ermənistanda Şuşa muzeyindən qəsb edərək apardıqları Azərbaycan xalçalarının sərgisini keçirməsini də qınayıb: "Azərbaycanın milli sərvəti olan həmin xalçalar Şuşa şəhərindən aparılıb. Mənim fikrimcə, bu, dövlət səviyyəsində qarətçilikdir və beynəlxalq birlik tərəfindən birmənalı şəkildə pislənməlidir”. (Report)
 

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...