Rusiyadan Xankəndi ilə bağlı SON MƏLUMAT

Rusiyadan Xankəndi ilə bağlı SON MƏLUMAT
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər. Bu çərçivədə Xankəndi şəhərinin ətraf əraziləri minalardan təmizlənməyə başlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rus sülhməramlıları Qarabağdakı sosial obyektlərin minalardan təmizlənməsinə davam edir.

Gün ərzində rus sülhməramlılarının partlayıcı maddələri çıxarmaq üçün Xankəndinin cənubundakı ərazinin böyük bir hissəsində axtarış aparıb. Ərazidə aparılan mühəndis tədqiqatı zamanı 10 kütləvi sursat aşkar edilib.

Aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Təhlükəsiz bir şəkildə təxliyə edilə bilməyən döyüş sursatları lazımi təhlükəsizlik tədbirləri yerindəcə məhv edilir.

Ümumilikdə, Dağlıq Qarabağdakı mühəndis bölmələri 45 hektardan çox ərazini, 14 kilometrdən çox yolu təmizləyib və 1120-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirib.  (publika.az)

OXŞAR XƏBƏRLƏR

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi ...

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra etdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər....

Energetika naziri ABŞ-yə səfər etdi

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.   Nazirlikdən Sfera.az-a ver...

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...