Qərbin “Navalnı öldürülsə” bəyanatına Rusiyadan cavab – “Adi bir məhbusa bu qədər diqqət...”

Qərbin “Navalnı öldürülsə” bəyanatına Rusiyadan cavab – “Adi bir məhbusa bu qədər diqqət...”

Rusiya Federasiyası Dövlət Duması ABŞ-ın Navalnı ilə bağlı növbəti açıqlamasına münasibət bildirib.


Sfera.az-ın məlumatına görə, Rusiya Federasiyası Dövlət Dumasından ABŞprezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Aleksey Navalnı ilə bağlı açıqlamasına cavab gəlib.

 

Xarici ölkələrin Rusiyanın daxili işlərinə müdaxilə faktlarının araşdırılması üzrə Dövlət Duması komissiyasının rəhbəri Vasili Piskaryovun sözlərinə görə, bu açıqlama Rusiya Federasiyasının daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil.


Sallivan Rusiya tərəfinə xatırlatmışdı ki, Navalnı ölsə, bunun bədəli ödənəcək. Piskaryovun fikrincə, bu "bəyanatın tərzi The New York Times” və "Washington Post” kimi Amerika KİV-lərində yer alan RF-nın işlərinə açıq şəkildə müdaxilə cəhdi kimi qiymətləndirilə biləcək bəyanatlarla eynidir. 

 

"Navalnı dələduzluq etdiyi üçün həbs olunub və haqlı cəzasını çəkir. Onun cəzaçəkmə koloniyasının vəziyyəti artıq medida işıqlandırılıb, hamı onun saxlandığı şəraiti görə bildi. Navalnı həmçinin həkim nəzarətindədir. Buna baxmayaraq, amerikalılar öz administrasiyaları və mediaları vasitəsi ilə bu vəziyyətdən istifadə edərək Rusiyaya təsir göstərməyə çalışırlar”, - deyə Piskarev Telegram-da yazıb.


Ekspert qeyd edib ki, siyasi fəaliyyətinə görə deyil, dələduzluq etdiyinə görə cəza çəkən sıradan bir məhkuma qarşı belə böyük diqqət görmək təəccüblüdür.

 

 

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi də navanlı ilə bağlı xüsusi açıqlama ilə çıxış edib. Bəyanatda Britaniya hakimiyyətinin Navalnının səhhətinə görə çox narahat olduğu qeyd edilib. Eyni zamanda onun həbsxanadan buraxılmalı olduğu tələb edilib. Britaniya tərəfi həmçinin Navalnının müstəqil həkimlər tərəfindən müayinə olunmasının vacibliyini də vurğulayıb.

 

Tərcümə: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR