Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA

Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA
"Laçın dəhlizi”ndə patrul xidməti Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi tərəfindən aparılır.
 
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunur ki, Rusiya sülhməramlıları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi, "Laçın dəhlizi” boyunca ərzaq məhsulları və müxtəlif malların daşınması vəzifələrini davam etdirirlər.

Məlumatda bildirilib ki, ötən ilin 12 noyabrdan bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi polis bölməsi "Laçın dəhlizi”ndə hər gün keşik çəkir.

"Bu patrulun məqsədi atəşkəs razılaşmasının icrasını izləmək, məlumat toplamaq, ərazinin müşahidə məntəqələrindən görünməyən sahələrini yoxlamaq və Rusiya sülhməramlı kontingentinin mövcudluğunu nümayiş etdirməkdir”-deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib .

Hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzminin verdiyi məlumata görə, Rusiya sülhməramlı kontingenti müqavilələrə uyğun olaraq nəzarəti yalnız "Laçın dəhlizi”ndə deyil, 5 kilometrə qədər eninə yaxınlaşmalarda da həyata keçirir.

Onun sözlərinə görə, dəhlizdə hava şəraitinə baxmayaraq hər gün keşik çəkilir. İvan Kuzmin deyib ki, ən çətin dövr dəhlizdə sıx dumanın olduğu və yolun buzlaşdığı dekabr - yanvar ayları idi.

Rusiya sülhməramlı kontingentinin hərbi polisi tərəfindən nəzarət edilən patrul yollarının gündəlik uzunluğu təxminən 50 kilometrə bərabərdir.

 

Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi dəhlizdə keşik çəkməklə yanaşı, müntəzəm olaraq humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsində iştirak edir, zəvvarları sərhəd xəttinin yaxınlığında yerləşən kilsələrə gedərkən müşayiət edir.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...