Rusiyadan gələn vətəndaşları general qarşıladı - FOTOLAR

Rusiyadan gələn vətəndaşları general qarşıladı - FOTOLAR
 Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olun­muş razılı­ğa əsasən və Azərbaycan Respublikasının Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla "Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.

Sfera.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra "Tibbi Ərazi Böl­mə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilmişdir. Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru­yucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbay­canda elan olun­muş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayon­ların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəz­lərdə müəyyən olun­muş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tari­xində "Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­müş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər veril­ib. Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliyyat vasitələrinə baxış keçirilib.

Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla gö­rüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat ve­ril­ib xahiş və müraciətləri dinlə­nilib.

Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Ru­­­siya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məh­­­­dudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmə­ləri üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Bi­rinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin min­nətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bil­diyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

Şənbə və bazar günlərində İranın İsrailə hücumu nəticəsində ağır yaralanan tək şəxsin kimliyi bəlli olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər ver...

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən hal...

Tanınmış rusiyalı jurnalist qiyabi HƏBS EDİLDİ

Moskvanın Basmannıy Rayon Məhkəməsi rusiyalı tanınmış jurnalist Mixail Zıqarı qiyabi həbs edib.   Sfera.az xəbər verir ki, Zıqar Rusiya Silahlı ...

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...