Rusiyadan bu məhsulların gətirilməsinə QADAĞA QOYULDU

Rusiyadan bu məhsulların gətirilməsinə QADAĞA QOYULDU
Rusiyadan bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına məhdudiyyət qoyulub.

Bu barədə Sfera.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Primorski diyarının Şkotovski rayonunda Nyukasl xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rusiya Federasiyasının Primorski diyarından OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Primorski diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
 

OXŞAR XƏBƏRLƏR

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” pl...

Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəng...

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması ən aktual məsələlərdən biridir.   Bəs inkluziv təhsil nədir və necə qurulmalıdır?  ...